"İstiqlal uğrunda" kitabı yenidən nəşr edildi

16:28 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bütün Şərqdə və Türk dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid olan “İstiqlal uğrunda” kitabı yenidən nəşr edilib.

Trend-in məlumatına görə, kitabda ölkəmizin əsarəti ilə barışmayıb tərki-vətən olmuş, ancaq öz əqidələrindən əsla dönməmiş, mühacirət ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri toplanıb. Azərbaycan Xalq Cümhuriyyətinin birinci istiqlal dövrünü tərənnüm edən, lirik şeirlərdən ibarət olan bu almanax ilk dəfə 1928-ci ildə Türkiyədə ərəb əlifbası ilə işıq üzü görüb. Kitab bu dəfə latın qrafikası ilə yenidən nəşr olunub.

Yeni redaktə və izahlarla oxucuların istifadəsinə verilən bu kitab xüsusilə gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından qiymətlidir.

Kitabın yeganə orijinalını Əhməd Dərgahquluyev əldə edərək onu nəşriyyata təqdim edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2354146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR