Bakı metrosu sərnişini hara göndərir? - QƏRİBƏ İSTİQAMƏTLƏR - FOTO

Bakı metrosu sərnişini hara göndərir? - QƏRİBƏ İSTİQAMƏTLƏR - FOTO
16:37 16 Yanvar 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı metrosunun sərnişinlərinə göstərdiyi istiqamətlərə bəzən şübhə ilə yanaşmaq zorunda qalırsan. Metronun təyin etdiyi istiqamətlər, sanki, sərnişinlərinə yol göstərmək üçün deyil, onları məqsədli şəkildə istədikləri, daha doğrusu sərfəli yerlərə yönləndirməkdir.
Götürək, Bakı Metropoliteninin "Nəsimi" stansiyasını. Şəhərə istiqamətlərini göstərən lövhədə "Almalı" market, "Anar" şadlıq evi göstərilib. Halbuki, bu restoranla eyni istiqamətdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi yerləşir. Niyə bu idarə yox, məhz restoran? Dövlət əhəmiyyətli bir obyektdə özəl sahibkarlıq obyektinin təbliği (reklamı) nə dərəcədə düzgündür? Yoxsa metropoliten sərnişinləri yönləndirməklə bizlərin görə bilmədiyimiz qazanclar əldə etmək istəyir?

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Milli.Az-a açıqlamasında bildirdi ki, istiqamət kimi, əsasən, stansiyanın yaxınlığındakı məşhur yerlər götürülür. Başqa stansiyalarda universitet və küçə adları, polis idarələri yazılır. Stansiyanın yerləşdiyi yerdə hansısa market və ticarət obyekti məşhurdursa, istiqamət kimi götürülür. Əsasən, insanların tanıya biləcəyi yerlər istiqamət lövhəsində qeyd olunub.

Metropoliten rəsmisinin sözlərinə görə, istiqamət lövhələrində restoran, market adlarının olmasının reklam xarakterli olmasından söhbət gedə bilməz: “Həmin istiqamətlər çoxdan müəyyən olunmuş yerlərdir. Hazırda planda köhnə lövhələrin yenilənməsi var. Yeni lövhələr ingilis və Azərbaycan dilində olacaq. Hazırda bu istiqamətdə işlər gedir. Lövhələrin hamısı dəyişdiriləcək. Çalışırıq elektron tablolar olsun ki, müəyyən dəyişikliklər etmək olsun, daha çox informasiyalar verilsin. Hazırda tərəfdaş şirkətlərlə danışıqlar gedir”.

Gülər
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR