Gəncə Psixiatriya Xəstəxanası üçün yeni bina tikiləcək

Gəncə Psixiatriya Xəstəxanası üçün yeni bina tikiləcək
16:48 16 Yanvar 2015
485 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il ərzində Gəncə Psixiatriya Xəstəxanası üçün yeni bina tikiləcək, Psixonevroloji və Narkoloji dispanserlər isə əsaslı təmir olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Gəncə Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə ərzində Gəncədə səhiyyə müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi işi davam etdiriləcək. Bu il A.Səhhət adına xəstəxana, İnfeksion xəstəxana, 6 saylı poliklinika lazımi müasir avadanlıq və inventarlarla təmin olunduqdan sonra istifadəyə veriləcək.

Ə.Məmmədov bildirib ki, ötən il Mərkəzi Qan bankının Gəncə bölməsində talassemiyalı xəstələr üçün bölmə yaradılıb. Səhiyyə Nazirliyinin 25 iyul 2014-cü il tarixli “Hematoloji xidmətin təkmilləşdirilməsi barədə” 77 saylı əmrinə uyğun olaraq, poliklinikalar üzrə hematoloji kabinetlər yaradılıb, məsul həkimlər təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR