Fransada daha bir şok

Fransada daha bir şok
16:51 16 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada yenə girov böhranı yaşanır. ANS PRESS-in məlumatına görə, paytaxt Parisdə yenə insanlar girov götürülüb.

AFP-nin məlumatına görə, silahlı bir şəxs Parisin şimal qərbindəki Kolombes səmtində poçta basqın edib. O, poçtdakı iki nəfəri giro götürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Əməliyyata helikopterlər də cəlb edilib.

Fransa mediasında yer alan məlumata görə, silahlı basqın terro yox, oğurluq məqsədi daşıyır.

Xatırladaq ki, ötən həftə Fransa terror hücumları ilə silkələnib. Belə ki, Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarını dərc edən "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı baqsqın nəticəsində 12 nəfər, marketə basqın nəticəsində isə 4 nəfər ölmüşdü.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR