[ 15 May 2015 15:00 ]



Bakı. Məlahət Nəcəfova-APA. Mayın 12-də Nepalda baş verən zəlzələnin qurbanlarının sayı 117 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Mərkəzinin “Twitter” səhifəsində məlumat verilir. Daha əvvəl 96 nəfərin öldüyü bildirilirdi. Son məlumata əsasən, ölkədə baş verən 2 zəlzələ nəticəsində ölənlərin sayı 8316, yaralananların sayı isə 76638 olub.

Təkrar zəlzələ 7,3 baş gücündə mayın 12-də baş verib. Zəlzələnin episentri Katmandudan 83 km şərqdə yerləşib. Bundan sonra bir neçə təkan qeydə alınıb.

Daha əvvəl aprelin 25-də Nepalda 7.9 bal gücündə dağıdıcı zəlzələ baş verib. Hadisə nəticəsində ölənlərin sayı 8 min nəfəri ötüb.