Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı yenidən şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur:
"Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəmliyin son günləridir, toyların başlamasını nəzərə alaraq, ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda, onlar barəsində inzibati qaydada tədbirlər görüləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Azərbaycanda yeni bir rekorda imza atılacaq (FOTO/VİDEO)
Şənbə gününün hava proqnozu açıqlanıb
Aran rayonlarında hansı ağacları əkmək olar? - Mütəxəssis rəyi (FOTO)
Xəzər dənizinin sahili sintetik torlardan təmizlənir (FOTO)
Gürcüstandan qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb (FOTO)
Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)
Müxalifətdəki Yalıncıqlar kütlə psixologiyasına möhtac qalıb - "Politşou" təqdim edir (Videolayihə)
“İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirildi (FOTO)
Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib
AQTA-dan daha bir yenilik
Allahşükür Paşazadə Vyanada beynəlxalq konfransda iştirak edəcək
Bakıda dava - 17 yaşlı gənc iki nəfəri ölümcül bıçaqladı