Parlamentdə şabaş qalmaqalı (VİDEO)

Parlamentdə şabaş qalmaqalı (VİDEO)
17:06 16 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna parlamentinin bugünkü iclasında qalmaqal baş verib.

ANS PRESS-in məlumatına görə, Milli Bankının sədri Valeriya Qontareva Ali Radada çıxış edərərk valyuta bazarında vəziyyət haqqında danışıb. Bu zaman Radikal partiyasının lideri Oleq Lyaşko ona etirazını bildirib.

Lyaşko cibindən çıxardığı dollarları Qontarevanın başından aşağı səpməyə başlayıb. Bu addım qarşısında şoka düşən Milli Bankın sədri bərk əsəbləşib.

O, üzünü Lyaşkoya tutaraq bu pulların onda hardan olduğunu soruşub. Xanım bildirib ki, həmin əskinasların saxta olub olmadığını yoxlamaq lazımdır. Əgər dollarlar həqiqətən saxtadırsa, o zaman saxta valyutanın yayılmasına görə deputatı ittiham etmək lazım gələcək.

İclas zamanı digər deputatlar da MB sədrinin sözlərini tez-tez kəsərək ona etirazlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR