Ukrayna Ali Radasında partiya sədri Milli Bankın rəhbərinin üstünə saxta dollarlar atıb

17:32 16 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 17:30 ]

Bakı – APA. Ukrayna Radikal Partiyasının sədri Oleq Lyaşko ölkənin Milli Bankının sədri Valeriya Qontaryovanın üstünə saxta dollarlar atıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ali Radanın iclası zamanı baş verib.

 

V. Qontaryova tribunadan çıxış edən zaman O. Lyaşko ona yaxınlaşaraq üstünə saxta əsginaslar atmağa başlayıb.

 

Bunu görən Ali Radanın sədri Vladimir Qroysman O. Lyaşkonu sakitləşməyə çağırıb, habelə hüquq-mühafizə orqanlarından əsginasların saxta olub-olmadığını araşdırmağı tələb edib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR