2014-cü ildə korporativ istiqrazlar bazarında əməliyyatların sayı 46 faiz artıb

17:33 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
2014-cü ildə Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi və beynəlxalq əhəmiyyətli layihələrin fond birjası vasitəsilə maliyyələşməsi korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin edib. Bazarın bu seqmenti tarix boyu ən yüksək həddə çatıb.
AzərTAc xəbər verir ki, korporativ istiqrazlar bazarında əməliyyatların sayı 2013-cü illə müqayisədə 46 faiz, həcmi isə 3 dəfə artaraq 3,5 milyard manata çatıb. Artım korporativ istiqrazlar bazarının hər 2 seqmentində müşahidə olunub. Hesabat dövrü ərzində 2,2 milyard manatlıq korporativ istiqraz yerləşdirilib, 1,3 milyard manatlıq korporativ istiqrazların təkrar ticarəti baş tutub.
Dövr ərzində AİF istiqrazları ilə ticarətin həcmi 47 faiz artaraq 1,1 milyard manata çatıb. Bu, qiymətli kağızlar bazarında qeydə alınmış ən yüksək göstəricidir. Hesabat dövründə 40,2 milyon manat həcmində AİF istiqrazı yerləşdirilib. Bu alətlərin təkrar bazar ticarəti isə 53 faiz artaraq 1,1 milyard manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2014_cu_ilde_korporativ_istiqrazlar_bazarinda_emeliyyatlarin_sayi_46_faiz_artib-825347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR