Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib

Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib
17:33 16 Yanvar 2015
131 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatter ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə 2014-cü il ərzində Azərbaycan futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər, inşası başa çatmaqda olan Bakı Olimpiya Stadionunun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib, stadionun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub.
FIFA prezidenti AFFA rəhbərliyinin məlumatını dinlədikdən sonra görülən işlərdən məmnunluğunu bildirib.
Görüşdə FIFA-nın kommunikasiya və ictimaiyyətlə əlaqələr direktorunun müavini Nikolas Meynqot, FIFA-nın Avropada futbolun inkişafı üzrə Proqramının meneceri Yeva Paskue, FIFA prezidentinin assistentləri Edvard Braun və Qay-Filipp Matye, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_futbolun_inkisafi_meqsedile_heyata_kechirilen_tedbirler_yuksek_qiymetlendirilib-825351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR