Uşağın yaddaşının möhkəm olması üçün gündüz yuxusu vacibdir

17:38 16 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Almaniyanın Rur Universitetinin alimləri “Proceedings of the National Academy of Sciences” jurnalında gündüz və gecə yuxusunun uşaq beyninə təsirinin öyrənilməsinə həsr olunmuş tədqiqatın nəticələrini açıqlayıblar.
Tədqiqatda 6-12 aylıq 216 uşaq iştirak edib. Uşaqlara oyuncaq küçüklərdən əlcəkləri çıxarmağı öyrədiblər. Sonra balaca könüllərin yarısını 30 dəqiqə yatızdırıblar. Qalan körpələr oynamağa davam edib.
Alimlər uşaqların bu vərdişə nə dərəcədə yiyələnməsini 4 saatdan və bir gündən sonra müqayisə ediblər. Məlum olub ki, məşqlərdən sonra yatıb yuxusunu alan uşaqlar tapşırığın öhdəsindən daha yaxşı gəliblər.
Tədqiqatın müəllifi Sabina Sihagen bildirib ki, təlimdən sonra qısa yuxu körpələrin yaddaşının uzun müddətə möhkəmlənməsinə kömək edir. O deyib: “Eksperimentimiz göstərib ki, tapşırığın öhdəsindən yalnız çalışmadan sonra azı 30 dəqiqə yatan uşaqlar gəliblər. Məşğələdən sonra uşağın 4 saat ərzində yatmağı vacibdir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usagin_yaddasinin_mohkem_olmasi_uchun_gunduz_yuxusu_vacibdir-825352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR