Qırğızıstanın mobil operatoru işğal altında olan Azərbaycan ərazilərinə zənglər həyata keçirir

Qırğızıstanın mobil operatoru işğal altında olan Azərbaycan ərazilərinə zənglər həyata keçirir
17:39 16 Yanvar 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın məşhur “NUR Telekom” şirkətinə məxsus “O!” mobil operatoru Dağlıq Qarabağa beynəlxalq zənglər həyata keçirir.

 

Qırğızıstanda yaşayan Azərbaycan vətəndaşı Vüsal Azayev APA-ya bildirib ki, o, sözügedən operatorun beynəlxalq danışıqlar üzrə tariflərini öyrənmək üçün www.o.kg, saytına daxil olub: “Beynəlxalq əlaqə menyusunda “Bütün dünyaya” xidməti çərçivəsində 1 dəqiqəlik danışığın qiyməti” aktiv linkə daxil oldum və orada “Beynəlxalq istiqamətlərdə) bir dəqiqlik danışığın qiyməti” cədvəli açılır. (http://www.o.kg/files/%20itogovyiy%20s%20tsenami%20(dlya%20sayta%20RUS)%20ves%20mir!.pdf). Cədvəldə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib və oraya həyata keçirilən zəngin qiyməti yer alıb”.
 

Bununla bağlı Vüsal Azayev sözügedən şirkətin rəhbərliyinə məktub ünvanlayıb və bir nüsxəsini də Qırğızıstan hökuməti yanında dövlət rabitə agentliyinə və  Azərbaycanın Qırğızıstandakı səfirliyinə yollayıb. Məktubda o, Azərbaycanın Ermənistanla münaqişə şəraitində olduğunu və Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu qeyd edib.

 

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya bildirib ki, bu məsələnin araşdırılması və lazımi tədbirlər görülməsi üçün nazirlik tərəfindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə təlimat veriləcək: “Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə hər hansı qeyri-qanuni xarakter daşıyan bu cür təmaslar, qeyri-qanuni iqtisadi fəaliyyət daim olaraqXarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərin gündəliyindədir. Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən və qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının telekommunikasiya məkanına müdaxilə edən “Qarabağ Telekom” şirkətinin bu kimi “rominq sazişləri” XİN və diplomatik nümayəndəliklərimizin səyləri nəticəsində dünyanın bir sıra ölkələrində dayandırılıb”.

 

H. Hacıyev qeyd edib ki, bu hal da araşdırılacaq və müvafiq tədbirlər görüləcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR