Namiq: "Dünənin uşağı ulduzluq edir"

Namiq: "Dünənin uşağı ulduzluq edir"
17:41 16 Yanvar 2015
131 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu peşəkar ifaçıların azalmasından şikayətlənib.

Axşam.az-ın məlumatına görə, “ATV Maqazin” verilişinə açıqlama verən sənətçi özünü ulduz hiss etmədiyini bildirib:

“Sənətdə boşluqdur. Yaxşılar, peşəkarlar yavaş-yavaş özlərini kənara çəkirlər. Qeyri-peşəkarlar çoxalıb. Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva təbəqəsində olan sənətçilərimiz azalıb. Özümü bu ifaçıların sırasına qoya bilmərəm. Yaşım və təcrübəm az olduğuna görə mən insanlarla ulduz kimi danışmağı xoşlamıram. Ötən il efirlərdən uzaqlaşmaq istəyirdim. Amma dostlarım qoymadı. Elə yerlər var ki, getməyimə peşman oluram. Baxırsan ki, hamıda ulduzlaşma gedir. İndi müğənnilər yalan olub. Dünənin uşağı çıxıb ulduzluq edir. Bıçaq sümüyə dayananda artıq “partlayırsan”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR