Bank VTB (Azərbaycan)ın kollektivi qanvermə aksiyası təşkil edib

18:13 16 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Bank VTB (Azərbaycan) “Qan donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyası ilə birgə talassemiyadan əziyyət çəkən uşaqlar üçün növbəti dəfə qanvermə aksiyası təşkil edib.
Bankdan AzərTAc-a bildiriblər ki, aksiyanın keçirilməsi üçün tibbi heyət Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Qanvermə aksiyasına bankın 85-dən çox əməkdaşı qatılıb və 16 litrdən çox qan toplanılıb. Hər bir donorun qanı əvvəlcədən virus və hər hansı xəstəliyə qarşı ciddi analiz edilib.
“Bank VTB (Azərbaycan) ölkənin sosial həyatında fəal iştirak edir. Donor qanına ehtiyacı olan uşaqlara kömək etmək hər birimizin borcudur. Bankın kollektivi belə aksiyaları dəfələrlə keçirib və xeyriyyəçilik fəaliyyətini gələcəkdə də davam etmək niyyətindədir”, - deyə bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_VTB_Azerbaycanin_kollektivi_qanverme_aksiyasi_teskil_edib-825366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR