Xalq artisti: "Maşınımı 5 min manata satıb borclarımı ödədim"

Xalq artisti: "Maşınımı 5 min manata satıb borclarımı ödədim"
18:27 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyev yeni avtomobil alıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "ATV Maqazin" verilişinə açıqlama verən aktyor maşını kreditə götürdüyünü deyib:

"Köhnə maşınımı 5 min manata satıb borclarımı ödədim. Yeni avtomobilimi 3 aydır almışam. Hər ay gecikdirmədən 360 manat banka pul ödəyirəm. Toylardan qazandığım pulla ödəniş edirəm. Təsəvvür edin ki, mən bu günə kimi bir adamın maşınını sürməmişəm. Ehtiyat eləmişəm ki, özgənin əmanətidir".

A.Quliyev əlavə qazanc yerinin olmadığını deyib:

"Vaxtında biznes qurmağa imkan yaranmışdı. Mənim üçün hər cür şərait yaradan insanlar var idi. O işi ki, mən hiss eləmirəm ona yaxın durmuram. Ona görə də heç vaxt özümün biznesim olmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/319445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR