Xalq artisti Brilliant Dadaşova İTV-də yayımlanan “3D” verilişində maraqlı açıqlamalar verib.

Mətbuat.az xəbər verir ki, o, oğlunu işə düzəltmək üçün müraciət etdiyi şəxslərin onu qəbul etmədiyini deyib.

Brilliant Dadaşova bəzi işlərinin düzəlməsi üçün rüşvət verməyə də hazır olduğunu dilə gətirib:

“Rüşvət istəsələr, yaxşı olardı. Nə rüşvət istəyirlər, nə də işimiz düzəlmir...”.