Türkiyə fındığını ən çox italyanlar yeyir

Türkiyə fındığını ən çox italyanlar yeyir
18:43 16 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Dünyada fındıq istehsalı və ixracatının 75 faizi Türkiyənin payına düşür.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, ötən il Türkiyədən fındıq idxal edən ölkələrin siyahısında İtaliya birinci olub.

İtaliya Türkiyədən 59 096 ton fındıq ixrac edib. Sonrakı yerləri Almaniya (57 826 ton) və Fransa (22 289 ton) tutub.

Məlumata görə, Türkiyə 2014-cü ildə 101 ölkəyə 252 528 ton fındıq ixrac edib. 2013-cü ildə isə ixrac 274 min 657 ton təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR