Gənclər hərbi xidmətə yola salınıblar

Gənclər hərbi xidmətə yola salınıblar
19:03 16 Yanvar 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 16 yanvar, Tural Kəngərli, AzərTAc
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov, muxtar respublika ədliyyə nazirinin müavini Elnur İsmayılov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik edib, Silahlı Qüvvələrimizin sıralarında qulluğun böyük şərəf olduğunu vurğulayıblar.
Çağırışçılar adından çıxış edən Valeh Göydağlı Vətən qarşısındakı borclarını ləyaqətlə yerinə yetirəcəklərini, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını bildirib.
Valideyn Gültəkin Qələndərova övladının hərbi xidmətə yollanmasından qürur hissi duyduğunu deyib, çağırışçılara ölkəmizə layiqli əsgər olmağı tövsiyə edib.
Sonra gənclər hərbi xidmətə yola salınıblar

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_herbi_xidmete_yola_saliniblar-825393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR