"Səadan" yatağında yeni quyu

"Səadan" yatağında yeni quyu
19:23 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

“Səadan” yatağında 1800 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Maykop çöküntülərinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 1400-751 metr intervaldan 10 ton/sutka neft hasilatı ilə istismar fonduna qəbul olunub.

Qeyd edək ki, 1800 nömrəli quyudan sutkalıq 3-4 ton neft hasilatı gözlənilirdi. Alınmış nəticə yataqda əlavə quyuların da qazılmasına əsas verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2354263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR