“Ekspert novostey”: 20 yanvar Azərbaycan tarixində hüzn günüdür

“Ekspert novostey”: 20 yanvar Azərbaycan tarixində hüzn günüdür
19:23 16 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+


Kişineu, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Moldovanın paytaxtında çıxan nüfuzlu “Ekspert novostey” qəzetində məşhur jurnalist Sergey Ryabininin “20 yanvarı - Azərbaycan tarixində hüzn gününü xatırlayaq” adlı məqaləsi dərc olunub.
Yazıda konkret faktlar və materiallar əsasında sovet ordusu tərəfindən 25 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş qorxunc vəhşiliklərdən danışılır.
Məqalədə o vaxtkı sovet rəhbərliyi tərəfindən SSRİ Konstitusiyası kimi, beynəlxalq hüququn da pozulduğu xüsusilə qeyd edilir.
Ordunun ağır texnika və odlu silah tətbiqi nəticəsində 147 dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb.
Məqalədə qeyd edilir ki, bu gün Azərbaycan xalqı bu tarixi xatırlayır və həmin faciənin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edir.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kişineu

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekspert_novostey_20_yanvar_Azerbaycan_tarixinde_huzn_gunudur-825407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR