Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları - FOTO

Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları - FOTO
19:27 16 Yanvar 2015
200 Sosial
Ölkə mətbuatı
A- A+

Elnurə Məmmədovanın övladlarının 12-15 yaşları olub
Millli.Az bildirir ki, anspress  bir neçə gün öncə övladlarını da götürərək Suriyaya gedən qadının fotolarını əldə edib. Elnurə Beydullah qızı Məmmədova iki qızı, bir oğlu ilə Suriyaya qaçıb.

2013-cü ildən Rusiyada işləyən Şəkinin Daşüz kənd sakini İbrahim Məmmədov evinə qayıdanda ailəsinin Suriyaya getdiyini öyrənib. O, ötən il dekabrın 27-də isə Azərbaycana qayıdıb.
İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq adam Suriyada döyüşür.

Anaları ilə Suriyaya gedən Günay 15, Ülkər 12, Rüstəm isə 13 yaşında olub.

Elnurə Məmmədovanın qayınanasının sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb.

Onlar Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR