20 Yanvar dairəsində tamarzı qaldığımız mənzərə

19:42 16 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının 20 Yanvar dairəsində hər gün müşahidə etdiyimiz mənzərəni bu gün görmək mümkün deyil
Söhbət sözügedən ərazidə hər gün rastlaşdığımız sıxlıqdan gedir. Sürücülərin baş ağrısına, əsəb pozuntusuna çevrilən 20 Yanvar dairəsindəki hərəkət bu gün polislərin səyi nəticəsində nizamlanıb. 

Qeyd edək ki, dairədə sıxlığın yaranmasına səbəb Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən mikroavtobusların və taksilərin sürücülərinin avtomobilləri yolun kənarında saxlaması idi.

Milli.Az xəbər verir ki, yol polisi əməkdaşlarının həmin ərazidə həyata keçirdikləri reyd nəticəsində yol kənarında saxlanan avtomobillər oradan uzaqlaşdırlıb. Prosesə post patrul xidmətinin əməkdaşları da cəlb ediliblər.

Nəticədə sürücülər heç bir maneə olmadan həmin ərazidən çox rahatlıqla keçə bilirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR