Sem Smit Britaniya mükafatlarının favoriti oldu

Sem Smit Britaniya mükafatlarının favoriti oldu
19:51 16 Yanvar 2015
137 Şou
Ölkə mətbuatı
A- A+

Musiqiçi Sem Smit məşhur musiqi mükafatı "Brit Awards"ın əsas favoriti olub.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, 22 yaşlı Smit Böyük Britaniyanın əsas mükafatı üçün beş nominasiyada yarışır: "Ən yaxşı ifaçı", "Ən yaxşı sinql", "Ən yaxşı klip", "Ən yaxşı albom" və "İlin debütü".

Münsiflər heyəti  müğənnilər Ed Şiran və Corc Ezranın da yaradıcılığını yüksək qiymətləndirərək onları da dörd nominasiyaya namizəd kimi təqdim edib: "Ən yaxşı ifaçı" və "Ən yaxşı albom".

Ella Henderson, Taliya Barnett (FKA Twigs), Cessi Mur və Paloma Fayt "ən yaxşı ifaçılar" kimi, Enni Klark (St. Vincent isə "ən yaxşı beynəlxalq ifaçı" kimi siyahıya düşüb. O, bu ad üçün Beyons, Lana del Rey, Sia və Teylor Sviftlə yarışacaq.

"Ən yaxşı qrup": - "alt-J, "Clean Bandit", "Coldplay", "Royal Blood" və "One Direction".
 
"Ən yaxşı beynəlxalq qrup" - "5 Seconds of Summer", "The Black Keys", "First Aid Kit", "Foo Fighters" və "The War on Drugs".

Mükafatın təqdimetmə gecəsi 25 fevralda Londonda baş tutacaq.

Qeyd edək ki, favorit müğənni Sem Smit Londonda anadan olub. Karyerasını qurmaqda anası ona böyük dəstək olub. Sem uzun müddət müxtəlif teatr və xorlarda çıxış etdikdən sonra "Disclosure" qrupuyla tanış olur. Parlamağa başlayan müğənni "Latch" sinqlı ilə ən böyük uğurunu qazanaraq kütləvi heyranlıq əldə edir.

Bu prodüser Noti Boyanın diqqətini çəkir və 2013-cü ilin məşhur dueti "La La La" yaranır. Bu uğurlar Sem Smiti dünya hit-paradlarına salır və hazırda ən prestijli müğənnilərdən biri sayılır.

2014-cü ilin mayında o, homoseksual olduğunu bildirib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR