Hüquq müdafiəçisi Fazil Mustafaya görə Oqtay Əsədova müraciət etdi

19:52 16 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

Mehman Muradlı: “Milli Məclisin plenar iclasında ona xəbərdarlıq edilsin”
Tanınmış hüquq müdafiəçisi Mehman Muradlı millət vəkili Fazil Mustafaya görə parlamentin sədri Oqtay Əsədova müraciət ünvanlayıb.

Milli.Az olaylar-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Oqtay müəllim, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Qəzənfər oğlu Mustafa ANS telekanalında "Şəxsiyyət vəsiqəsi" proqramında Azərbaycan tarixini saxtalaşdırmağa cəhd edərək Azərbaycan adlı dövlətin tarixdə olmamasını bildirib. İllərlə müharibə şəraitində olduğumuz Ermənistanın mətbuat orqanları Fazil Mustafanın bu cür məsuliyyətsiz bəyanatlarını tirajlayaraq dövlətimizə və xalqımıza qarşı istifadə etməyə başlayıblar.

Sizdən bir vətəndaş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş bir şəxs kimi xahiş edirəm Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafa haqqında Milli Məclisin İntizam Komitəsində müzakirə edilsin və Milli Məclisin plenar iclasında ona xəbərdarlıq edilsin”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR