Ukrayna ordusu itki verdi: 6 ölü

Ukrayna ordusu itki verdi: 6 ölü
20:01 16 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Son bir gündə Ukrayna ordusunun 6 əsgəri ölüb, 18 əsgəri yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko açıqlama verib.

Lısenkonun sözlərinə görə, rusiyapərəst separatçılar Donetsk hava limanında bir neçə dəfə terminalı ələ keçirməyə cəhd göstərib. Hökümət qüvvələri hücumların qarşını alıb.

Lısenko separatçıların döyüşlərdə artilleriya, tank, minaatan və raketlərdən istifadə etdiyini qeyd edib.

Qeyd edək ki, bu gün Minskdə Ukrayna, Rusiya, separatçılar və ATƏT nümayəndələrinin növbəti görüşü keçirilməlidir.

Onu da bildirək ki, Ukraynanın şərqində gedən döyüşlərdə 4700-dən çox adam ölüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR