Qeyri-ənənəvi oriyentasiyalı şagirdlər üçün məktəb

Qeyri-ənənəvi oriyentasiyalı şagirdlər üçün məktəb
20:03 16 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Böyük Britaniyada ölkədə ilk dəfə olaraq lezbiyan, gey, biseksual və transseksual şagirdlər üçün məktəb açmaq təklif edilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, təklifi "LGBT Youth North West" təşkilatı verib.

Məlumata görə, 13 və yuxarı yaşlı uşaqlar üçün belə bir məktəb Mançester şəhərində yaradıla bilər.

Bu məktəb, əsasən, oriyentasiyalarına görə digər təhsil müəssisələrində hücumlara məruz qalan şagirdlər üçün nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR