Bakıda güləş üzrə Beynəlxalq turnirin açılış mərasimi olub

20:08 16 Yanvar 2015
114 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmələr arasında sərbəst güləş və yunan-Roma güləşi üzrə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 18-ci Beynəlxalq turnirin təntənəli açılış mərasimi olub.
AzərTAc xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin bayraqları meydana gətirilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi Azərbaycan idmançıları 2014-cü ildə mötəbər yarışlarda 800-dən çox medal qazanıblar. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək qiymətləndirib, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb. O, idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırıb.
Natiqlər bildiriblər ki, cari ildə pəhləvanlarımızı ciddi sınaq gözləyir. İdmançılarımız, o cümlədən güləşçilərimiz Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar.
Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də birincilik uğrunda mübarizə aparırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_gules_uzre_Beynelxalq_turnirin_achilis_merasimi_olub-825424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR