20 Yanvar – milli birlik və qəhrəmanlıq

20 Yanvar – milli birlik və qəhrəmanlıq
20:08 16 Yanvar 2015
170 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “20 Yanvar – milli birlik və qəhrəmanlıq” mövzusunda elmi-praktik konfrans keçirilib BPKİYİ-dən AzərTAc-a bildiriblər ki, konfransda institutun rektoru, professor Asəf Zamanov çıxış edərək qanlı 20 Yanvarı faciəsinin ölkəmizin tarixində xalqımıza qarşı düşünülmüş mənfur siyasətin növbəti mərhələsi olduğunu söyləyib. Qeyd edilib ki, keçmiş Sovet ordusunun xüsusi təyinatlı bölmələrinin Azərbaycana yeridilməsi görünməmiş qəddarlıq və vəhşilik idi. O vaxtkı SSRİ rəhbərliyi nəinki bu təcavüzün qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə erməni əsgər və zabitlərini də daxil etdi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız qanları ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar, milli azadlıq və müstəqilliyimiz üçün yol açdılar.
Vurğulanıb ki, bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Konfransda “20 Yanvar – mübarizlik günü”, “20 Yanvar – müstəqilliyə gedən yol”, “20 Yanvar şəhidi ailələrinə və əlillərinə dövlət qayğısı”, “20 Yanvar və gənclik” mövzularında məruzələr dinlənilib.
Sonda tələbələr 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya göstəriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar___milli_birlik_ve_qehremanliq-825427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR