"Sözün müdafiəsi klubu" ilk müzakirəsini keçirdi

"Sözün müdafiəsi klubu" ilk müzakirəsini keçirdi
20:27 16 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-da Söz Azadlığını Müdafiə Fondunda (SAMF) "Sözün Müdafiəsi Klubu"nun ilk müzakirəsi keçirildi. “Küçə reklamlarında Azərbaycan dili” mövzusuna həsr olunmuş müzakirələrdə əməkdar jurnalist Tahiq Aydınoğlu, "Qolos Karabaxa" qəzetinin baş redaktoru Qədir Nəsirov, SAMF-dan Musa Yaqub, Vüqar TofqliNəzirməmməd Quliyev iştirak edirdilər.

Milli.Az xəbər verir ki, tədbiri giriş sözüylə açan Vüqar Tofiqli təşklatın son illərdə Azərbaycan dilinin vəziyyəti və qorunması ilə bağlı gördüyü işlərdən danışaraq, ilk Avropa Olimpiya Oyunlarının keçiriləcəyi bir vaxtda dilimizə olan marağın artacağını bildirmişdir. Belə məqamda dilimizin təqdimatında müvafiq qurumların üzərinə böyük məsuliyyət yükünün düşdüyünü qeyd edən V.Tofiqli təşkialtın məqsədi məhz mövcud problemləri ictimailəşdirməklə onları aradan qaldırmaq olduğunu dilə gətirmişdir.
SAMF-ın sədri Musa Yaqub Azərbaycan dilinin qorunmasında hər birimizin məsuliyyət daşıdığımızı bildirərək, bu məsələrərdə diqqətli olmağımızın vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu tipli mövzuların ictimai müzakirəsi nəticədə ümumi problemlərin aradan qaldırlımasına təkan verəcək.

Tahiq Aydınoğlu təkliflərlə çıxış edərək, ziyalılarımızı dilimizin müdafisinə səslədi. Onun sözlərinə görə, nə qədər çox müzakirələrə yer versək və problemləri ictimailəşdirsək nəticədə probelmin həlli də sürətlənər.
Qədir Nəsirov belə işlərdə medianı diqqətli olmağa çağırdı. Hər birimiz öz sahəmizdə problemin həllinə təkan verməliyik.

Nəzirməmməd Quliyev təşkilatın bu günədək keçirdiyi layihələrə ekskurs edərək SAMF-ın cari ildə yenidən monitorinqlərə başlayacağını və bu prosesə müvafiq qurumlarında təmsilçilərinin dəvət ediləcəyini bildirdi.
Ciddi fikir mübadiləsi keçən müzakirələrdə səslənən təkliflərin ümumilədirilərək ictiamiləşdiriləmsi qərara alındı.

Qeyd edək ki, “Sözün müdafiəsi klubu” layihəsi çəeçivəsində ayda bir dəfə olmaqla Azərbaycan dilinin qorunması ilə bağlı müzakirələrin təşkili həyata keçiriləcək. Sonda isə müzakirənin stenoqramı həm fondun saytında, həmdə saytların birində yerləşdirilməsi planlaşdırılır. Fondun əməkdaşları tərəfindən “Sözün müdafiəsi klubu”nun “Əsasnaməsi” və fəaliyyət proqramı hazırlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR