Google yeni telefon satır

Google yeni telefon satır
20:57 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Google şirkətinin ən gözlənilən cihazlarından biri modulyar smartfondur. Bu qurğuya istənilən əlavə hissəni (fləş yaddaşdan termometrədək) bərkitmək mümkün olacaq. Project Aranın istehlak bazarı üçün pilot variantı, nəhayət, bu il işıq üzü görəcək. Yeni cihazı ilk olaraq Puerto-Rikoda satın almaq mümkün olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Google Project Ara iddialı layihəsi sayəsində istifadəçilər yeni müasir cihazların çıxarılması zamanı öz smartfonunu yalnız yeniləməyəcək, həm də qurğuların sınması zamanı detallarını əvəzləyəcək.
 
Aparatın əsas bazası karkası formalaşdırır ki, bu hissəyə də istənilən modulu quraşdırmaq mümkün olacaq. Dəstə olduqca geniş əlavə element dəsti – ekran, kamera, prosessor, əməli yaddaş qurğuları, saat, akkumulyator və sairə daxil olacaq. İstənilən detalı ayrı-ayrılıqda satın almaq mümkün olacaq.
 
Google-un rəhbərliyi Project Ara layihəsi üçün start meydançası kimi Puerto-Rikonu ona görə seçib ki, adıçəkilən ölkənin əhalisi müxtəlif tip smartfon və əməliyyat sisteminə üstünlük verir.
Sözügedən cihazın dəqiq çıxarılma tarixi məlum deyil.
 
Google-dan başqa, həmçinin müvafiq layihələri reallaşdıran bir neçə şirkət var. Nokianın keçmiş əməkdaşları tərəfindən təsis edilmiş Vsenn brendi tezliklə bahalı seqmentə məxsus öz smartfon-konstruktorunu təqdim edəcək.
 
Finlandiyanın Circular Devices startapının hazırladığı Puzzlephone üç moduldan ibarət olacaq. Birinci modula ekran, dinamika və karkas, ikinciyə akkumulyator və əlavə elektron komponentlər, üçüncüyə isə prosessor və kamera daxildir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/319357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR