Rusiyada azərbaycanlı komandir belə təhqir edildi (VİDEO)

Rusiyada azərbaycanlı komandir belə təhqir edildi (VİDEO)
21:01 16 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Yalta şəhərindəki 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin olduğu parkdakı vandalizmin videosu yayılıb.

Dağıdılan parkın videosunu ANS PRESS-ə Yaltada yaşayan azərbaycanlılar göndərib.

Videodan görünür ki, parkda yerləşən bütün ağaclar kəsilib, yaşıllıq məhv edilib. Parkda Cəlil Nəcəfovun xatirə lövhəsi dağıdılıb.

Bununla bağlı Yaltada yaşayan azərbaycanlıların etirazları davam edir. Lakin, hələlik heç bir nəticə yoxdur. Onlar Azərbaycan diasporunun məsələyə qarışmasını istəyirlər.

Qeyd edək ki, 2013-cü ildə Yalta şəhərindəki mərkəzi parkların birində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilmişdi. Həmin vaxt Krım Ukraynanın tərkibində olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR