Sarkisyan Ərdoğanın dəvətini rədd edib

Sarkisyan Ərdoğanın dəvətini rədd edib
21:47 16 Yanvar 2015
66 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvətini rədd edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.

Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR