Marneulidə məişət tullantıları poliqonu istifadəyə verilib

Marneulidə məişət tullantıları poliqonu istifadəyə verilib
22:12 16 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 22:08 ]

Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan regional inkişaf və infrastruktur nazirinin müavini Qiorqi Qoberidze azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd Marneuli şəhərində ekoloji təmizliyi qorumaq üçün bələdiyyə zibilxanasının müasir standartlara uyğun yenidən qurulmasının başa çatması olub.

 

Məişət tullantıları üçün Marneulidə 76870 m² sahədə yeni və müasir standartlara uyğun obyekt tikilib. Nazir müavini ilə birlikdə Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, rayon icra hakimiyyəti başçısının müavini Temur Beridze və "Gürcüstan məişət tullantıları idarəsi" MMC-nin direktoru Qiorqi Şuxoşvili  poliqona baxış keçiriblər. Hər gün poliqona orta hesabla 63.3³ tullantı yerləşdiriləcək. Layihə dövlət tərəfindən maliyyələşdirilib. Yeni obyektdə 26 nəfər iş ilə təmin edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR