Sarkisyan Ərdoğanın dəvətini rədd etdi

Sarkisyan Ərdoğanın dəvətini rədd etdi
22:34 16 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram tədbirlərində iştirak etmək üçün dəvətini rədd edib.

 

APA-nın “Novosti Armeniya”-ya istinadən verdiyi məlumata görə, bu barədə S.Sarkisyanın mətbuat xidməti bildirib.

 

Yanvarın 15-də Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirmişdi. Bununla bağlı, aprelin 24-də Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək. Həmçinin, həmin gün  Ermənistanda qondarma  “erməni soyqırımı"nın 100 illiyini qeyd ediləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR