Təxminən bir ildir sevgili olan müğənni Sıla Gencoğlu ilə Hazer Amani evlənir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "İkinci sayfa" proqramının məlumatına əsasən, cütlüyün toyu yanvarın ikinci həftəsində baş tutacaq.

Sənətçi nikahının İtaliyanın Roma şəhərində olmasını istəyib. Toy mərasimində cütlüyün yaxın dostları və ailə üzvləri iştirak edəcək.

Sıla və Hazer toy üçün ayıracaqları məbləği də müəyyənləşdirib. Belə ki, iki tanınmış şəxs məclis üçü 130 min TL (37 min 310 AZN) xərcləyəcək.

Milli.Az