Bakı – APA. Nigerdə Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə qarşı nümayişdə 4 nəfər ölüb, 45 nəfər xəsarət alıb
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin 1-i polis, 3 nəfəri isə mülki şəxslərdir.
Qeyd edək ki, bundan əvvəl Nigerin cənubundakl Zinder şəhərində etirazçılar Fransa mədəniyyət mərkəzini yandırmışdılar.