Yaralı gəncdən inanılmaz hərəkət (FOTO)

Yaralı gəncdən inanılmaz hərəkət (FOTO)
03:06 17 Yanvar 2015
139 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adıyaman şəhərində şəxsiyyəti naməlum şəxs tərəfindən silahlı hücum olub.

ANS PRESS-in məlumatına görə, Adıyamanın Baxçalıevlər məhəlləsindəki iş yerlərindən birinə hücum edən naməlum şəxs içəridəki 2 nəfəri əlində olan tüfənglə yaralayıb. Daha sonra isə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Hadisə şahidləri dərhal polis və təcili yardım qruplarına məlumat veriblər. Ən maraqlı məqam da elə bu zaman baş verib. Belə ki, xərəyə uzandırılmağa çalışılan yaralılardan biri əlindəki telefonla mesajlaşmağa başlayıb. Bu isə kənardakıların diqqətindən yayınmayıb və o anın şəklini çəkiblər.

Difər tərəfdən polis qrupları ərazidə təhlükəsizlik tədbirlərini artırıblar. Cinayətkarın yaxalanması üçün axtarış tədbirlərinə başlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=320205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR