Afrika İttifaqı “Boko Haram”a qarşı hərbi əməliyyat keçirmək niyyətindədir

03:22 17 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 03:20 ]

Bakı-APA. Afrika İttifaqına üzv ölkələr “Boko Haram” terror təşkilatına qarşı hərbi əməliyyat keçirmək niyyətindədir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qananın prezidenti Con Maxama bildirib.

 

Onun sözlərinə görə, əməliyyat başlanandan bir müddət  sonra Afrika İttifaqı BMT-yə hərbi dəstək üçün müraciət etməyi planlaşdırır.

 

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.  2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR