Niderland ikinci Avropa Oyunlarını keçirməyə hazırdır

07:08 17 Yanvar 2015
96 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Niderland 2019-cu ildə ikinci Avropa Oyunlarını keçirməyə hazır olduğunu bildirib.
AzərTAc Niderland Olimpiya Komitəsinin (NOC NSF) rəsmi saytına istinadla xəbər verir ki, artıq bununla bağlı Avropa Olimpiya Komitəsinin Şurasına məlumat verilib.
NOC NSF-nin sədri Andre Bolius deyib: İkinci Avropa Oyunlarını Niderlandda keçirmək yaxşı olardı. Biz belə böyük idman tədbirinin təşkil olunmasına hazırıq.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Niderland_ikinci_Avropa_Oyunlarini_kechirmeye_hazirdir-825470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR