Ağcabədi, 17 yanvar, AzərTAc
Ağcabədi rayonunda əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər 2014-cü ildə də davam etdirilib.
Rayon məşğulluq mərkəzinin direktoru Məhərrəm İbişov AzərTAc-a bildirib ki, ötən il mərkəzə müraciət edən 755 nəfər iş axtarandan 571-i idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib. Bu dövrdə 20 nəfər peşə hazırlığı kursuna, 25 nəfər ictimai işlərə cəlb edilib, 25 nəfərə işsiz statusu verilərək müavinət ödənilib. Sentyabrın 17-də keçirilən sonuncu əmək yarmarkasında 178 nəfər işaxtaran vətəndaşa göndəriş verilib ki, onlardan da 171-i işlə təmin olunub.
Hazırda rayonda 12 idarə, müəssisə və təşkilatda 131 vakant iş yeri mövcuddur.