Türkiyə Samsun vilayətinin Terme rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.Hadisə minik avtomobilindəki maye qaz çəninin partlaması nəticəsində baş verib
Anspress-in məlumatına görə, hadisə mikroavtobusla toqquşan minik avtomobilindəki maye qaz çəninin partlaması nəticəsində baş verib.
Qəza zamanı minik maşınının sürücüsü toqquşmanın şiddəti ilə avtomobildən bayıra uçub və hadisə yerində dünyasını dəyişib.
Bundan başqa mikroavtobusda eyni ailədən olan 5 nəfər yanaraq faciəvi şəkildə ölüb.
Mikroavtobusda olan həmin ailənin üzvü olan 4 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Milli.Az