Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir
10:03 17 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Kəngərli, Cəvahirli, Mərzili, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2354306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR