Qazaxda maşın, Sumqayıtda ev yandı

Qazaxda maşın, Sumqayıtda ev yandı
10:14 17 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bir neçə şəhərində yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax şəhərində vətəndaşa məxsus "FORD" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sumqayıt şəhərində, dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 2 kv.m sahədə,1 ədəd televizor və eyvanın qapısı qismən yanıb. Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Bütün hallarda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR