Çin hökuməti yeni şirkətlərin maliyyələşdirilməsi üçün vençur fond yaradacaq

Çin hökuməti yeni şirkətlərin maliyyələşdirilməsi üçün vençur fond yaradacaq
10:36 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çin hökuməti yüksək texnologiyalar və ekoloji təmiz enerjinin istehsalı kimi yeni sahələrdə fəaliyyət göstərən şirkətlərin dəstəklənməsinə yönələn vençur fondu təsis edəcək. Fonda yatırılacaq vəsaitlərin həcmi 40 milyard yuan (6,5 milyard dollar) təşkil edəcək.
 
Çində vençur kapital bazarı zəif inkişaf edib. Bunun əsas səbəbi onunla əlaqədardır ki, yerli iqtisadiyyat onilliklər boyunca planlaşdırma və inzibati tədbirlərə əsaslanıb. 2014-cü ilin birinci yarısında Çində 83 yeni vençur fond yaradılıb, onlara investisiyaların həcmi isə 2013-cü illə müqayisədə 157 faiz artıb.
 
Son illər Çin hökuməti vençur investisiyalar bazarının inkişafına zəmin yaradır. Məsələn, ötən ay sahə üzrə tənzimləyici orqanlar ilk dəfə olaraq sığorta şirkətlərinə toplanan yığımları vençur fondlara yatırmağa icazə verib.
 
Bir neçə həftə ərzində yaradılacağı gözlənilən yeni fond dövlət, eləcə də özəl investorların vəsaitləri hesabına maliyyələşdiriləcək, - “Vesti” yazır.  


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34820-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR