Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 17 hava zərbəsi endirib

Beynəlxalq koalisiya “İŞİD”in  mövqelərinə 17 hava zərbəsi endirib
09:21 25 Dekabr 2014
87 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 03:03 ]

Bakı – APA. Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində “İŞİD”in mövqelərinə 17 hava zərbəsi endirib.

APA-nın Reuters agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

 

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobanidə 8 zərbə endirib. Həmçinin, Deyr-əz-Zorda neft çıxartma obyekti, Rakka şəhərində isə silah anbarı məhv edilib. İraqda koalisiya qüvvələri  “İŞİD”-in mövqelərinə 7 hava zərbəsi endirib.

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR