Pavel Doroşevs: "Onu istiqamətləndirmək lazımdı" - VİDEO

Pavel Doroşevs: "Onu istiqamətləndirmək lazımdı" -   VİDEO
10:42 17 Yanvar 2015
107 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" Antalya hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, komandanın düşərgəsində 3 qapıçı - Saşa Stamenkoviç, Aqil Məmmədov və Maksim Vaylo qapıçılar üzrə məşqçi Pavels Doroşevsin rəhbərliyi altında hazırlıq keçir. Klubun rəsmi saytı onlardan açıqlama alıb:


Pavel Doroşevs: "Baş məşqçinin proqramına əsasən məşqlərimizi davam etdiririk. Futbolçular bütün tapşırıqları yüz faiz yerinə yetirirlər. Açığı hər şeyin bu qədər yaxşı alınacağını gözləmirdim. Məşq üçün hər bir şərait yaradılıb. Meydança ideal vəziyyətdədir. Buna görə klub prezidenti Sadıq müəllimə təşəkkürümü bildirirəm. Çempionatın ikinci hissəsinə yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq. Hər şey əladır. Qapıçılarımızdan ikisi təcrübəlidir. Bu yaşda onlar üçün nəyisə kökündən dəyişmək yanlış olardı. Çalışırıq onlar öz güclü tərəfləri ilə zəif cəhətlərini sığortalasınlar. Maksim Vaylonu isə müəyyən qədər istiqamətləndirmək lazımdır. Aqil Məmmədova gəldikdə isə o əla qapıçıdır və məni yaxşı mənada təəccübəndirdi. Düşünürəm ki, O, Saşa Stamenkoviçlə yüz faiz rəqabət apara biləcək."


Aqil Məmmədov: "Birinci oyun olduğu üçün komandaya uyğunlaşmaq müəyyən qədər çətin idi. Çünki neçə il "Bakı"da oynamışam və "Bakı"dan sonra ilk komandam "Neftçi"dir. Şükür allaha pis alınmadı, birinci oyunumuzda qələbə qazandıq. İnşallah çalışacağıq ki, burdakı oyunlarda qələbə qazanaq və çempionata həvəslə gedək. Komandada yeni olduğum üçün çətinlik çəksəm də, düçünürəm ki, oynadıqca düzələcək."


Saşa Stamenkoviç: "Hazırlığın ilk mərhələsi ağır məşqlərdən ibarətdir. Vaxt keçdikcə daha yaxşı durumda olacağıq. Əsas odur ki, hazırlığın sonuna kimi heç kəs zədə almasın və hamı hazır vəziyyətdə Bakıya qayıtsın. Aqilə və Maksimə böyük hörmətim var. Rəqabətin olması normaldır. Belədə hər qapıçı ən yaxşı olmağa çalışır."    



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pavel-doroevs-quotonu-istiqamtlndirmk-lazmdquot-t17531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR