Bakı – APA. Liberiyada BMT-nin əməkdaşı Ebola virusuna yoluxub.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, beləliklə bu ölkədə xəstəliyə yoluxan BMT əməkdaşlarının sayı dördə çatıb.
“Xəstələnən şəxs Liberiya vətəndaşıdır”, deyə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.
Bundan əvvəl Ebola virusundan ölənlərin sayının 7 573-ə çatdığı barədə məlumat yayılıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə (9 004), ən çox ölüm halları isə Liberiyada (3 384) qeydə alınıb.