Yol hərəkəti qaydalarını pozan sürücülər haqqında cəza tədbirləri görülüb

Yol hərəkəti qaydalarını pozan sürücülər haqqında cəza tədbirləri görülüb
10:58 17 Yanvar 2015
335 Ölkə
Ölkə mətbuatı
A- A+


Siyəzən, 17 yanvar, AzərTAc
Yanvarın 16-da axşam saatlarında Siyəzən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində avtoreyd keçiriblər.
AzərTAc xəbər verir ki, Siyəzən şəhərindəki Heydər Əliyev prospektində keçirilən reydin əsas məqsədi avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücüləri müəyyən edib saxlamaq, onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarət olub.
Reyd zamanı 2 sərxoş sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Siyəzən şəhəri ərazisinə iritonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan reyd zamanı bu qaydanı pozan 2 yük avtomobili də saxlanılaraq duracağa aparılıb. Reyd zamanı bir sıra digər yol hərəkəti qaydalarını pozan sürücülər də saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cəza tədbirləri görülüb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yol_hereketi_qaydalarini_pozan_suruculer_haqqinda_ceza_tedbirleri_gorulub-825484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR