Rusiyadan kapital axını ilə bağlı ŞOK RƏQƏM: 151 milyard dollar

Rusiyadan kapital axını ilə bağlı ŞOK RƏQƏM: 151 milyard dollar
11:14 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 2014-cü ildə Rusiyadan kapital axını bütün proqnozları aşaraq 151,5 milyard dollar təşkil edib.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu rəqəmi Rusiya Mərkəzi Bankı (Bank Rossii) açıqlayıb. Kapitalın ölkədən kənara ən böyük axını ötən ilin payızında tətbiq olunan sanksiyalar nəticəsində xarici kapital bazarlarının Rusiyanın üzünə bağlanmasından sonra baş verib.

 

I kvartalda Rusiyadan 48,5 milyard, II kvartalda 22,4 milyard, III kvartalda 7,7 milyard, IV kvartalda isə 72,9 milyard dollar vəsait çıxarılıb.    

 

2013-cü ildə Rusiyadan çıxan kapitalın həcmi 61 milyard dollar olub. 2014-cü ildə baş verən kapital axınının həcmi bu rəqəmdən 2,5 dəfə çoxdur.  

 

2014-cü ilin oktyabrında Rusiya Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlaşdırma departamentinin direktoru Maksim Oreşkin ölkədən çıxacaq kapitalın həcminin 90-100 milyard dollar həcmində olacağını proqnozlaşdırıb. Noyabr ayında Mərkəzi Bank kapital axınının həcminin 128 milyard dollar olacağına dair proqnozla çıxış edib. Prezident Putin isə dekabrın sonunda kapital axınının həcminin 120-130 milyard dollar olacağını söyləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR