18 yaşında milyonçu olmuş adam malikanəyə çəkilib - FOTO

18 yaşında milyonçu olmuş adam malikanəyə çəkilib - FOTO
11:22 17 Yanvar 2015
308 Maraqlı
Ölkə mətbuatı
A- A+

Deyv Dodd Stiven Smit 1990-cı ildə İngiltərənin Qərbi Midlend qraflığındakı Uillenholl şəhərində ilk "poundland" marketini açanda çoxları uğura inanmırdılar. Axı bu marketdə satışa çıxarılmış bütün malların qiyməti cəmi 1 funt-sterlinq idi.
 
Fəqət, "Poundland" sürətlə populyarlaşdı və marketlər şəbəkəsinə çevrildi.
İndi bu şəbəkədə hər həftə ən azı 2,7 milyon insan alış-veriş edir.
 
"Poundland"ın banilərindən olan Stiven Smit biznesdən kənarlaşıb. 51 yaşlı iş adamı "Poundland"dəki payını 22 il əvvəl 50 milyon funt-sterlinqə satandan sonra Şropşirdə "Hammer Hill" adlı lüks malikanə alıb.
 
5 böyük qonaq otağı və 80 pəncərəsi olan bu dəbdəbəli malikanədə ömür sürən Stiven Smitt Uels dağlarının ətəyindəki evində həyatın dadını çıxardığını söyləyir.
 
"Pəncərələrdən baxanda Severn vadisi görünür. Bu, mənə bəsdir. Aktiv bizneslə məşğul olmuram və zəhmətimin nəticələrindən bəhrələnirəm. 18 yaşımda biznesə başlamışdım və indi artıq yaşlanmışam", - S.Smit deyib.
 
Milli.Az
 












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR